Türk Dövlətləri Təşkilatı Azərbaycanın İrandakı səfirliyinə edilən hücuma münasibət bildirib | DEFAKTO.AZ Türk Dövlətləri Təşkilatı Azərbaycanın İrandakı səfirliyinə edilən hücuma münasibət bildirib – DEFAKTO.AZ

Türk Dövlətləri Təşkilatı Azərbaycanın İrandakı səfirliyinə edilən hücuma münasibət bildirib

23

Türk Dövlətləri Təşkilatının Baş Katibliyi Azərbaycanın İrandakı səfirliyinə edilən silahlı hücumla bağlı bəyanat yayıb.

Bəyanatda deyilir:

“Türk Dövlətləri Təşkilatının Baş Katibliyi olaraq 27 yanvar 2023-cü ildə Azərbaycan Respublikasının İrandakı səfirliyinə zorakı silahlı hücumu və bunun nəticəsində səfirliyin təhlükəsizlik xidmətinin rəhbərinin öldürülməsini və iki təhlükəsizlik işçisinin yaralanmasını qətiyyətlə pisləyirik.

Biz İran hakimiyyətini bu zorakı hücumla bağlı hərtərəfli araşdırma aparmağa və günahkarları məsuliyyətə cəlb etməyə çağırırıq.

Bu gün həyatını itirən zabitin ailəsinə dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirik”.