Tehranda səfirliyimizə hücumun ardından ermənilər küçələrə töküldülər – VİDEO | DEFAKTO.AZ Tehranda səfirliyimizə hücumun ardından ermənilər küçələrə töküldülər – VİDEO – DEFAKTO.AZ

Tehranda səfirliyimizə hücumun ardından ermənilər küçələrə töküldülər – VİDEO

27

Ermənilər İranın paytaxtı Tehranda etiraz aksiyasına çıxıblar.

Onlar Xankəndidə separatçı rejimə dəstək verib və “Laçın yolunun açılması” tələbi ilə müxtəlif şüarlar səsləndiriblər.

Maraqlıdır ki, ermənilərin aksiyası Tehranda yerləşən Azərbaycan səfirliyinə qarşı həyata keçirilən silahlı hücumla eyni günə təsadüf edib.

Xatırladaq ki, bu gün səhər saatlarında Azərbaycanın Tehrandakı səfirliyinə silahlı hücum edilib. Hücum dəf edilərkən diplomatik missiyanın mühafizəsinə cavabdeh olan Azərbaycan təhlükəsizlik qüvvələrinin əməkdaşı Orxan Əsgərov qəhrəmancasına həlak olub, daha iki nəfər yaralanıb.

Mənbə: Caliber