Naxçıvanın daha iki dövlət qurumunun saytı “gov.az” domeninə köçürülüb | DEFAKTO.AZ Naxçıvanın daha iki dövlət qurumunun saytı “gov.az” domeninə köçürülüb – DEFAKTO.AZ

Naxçıvanın daha iki dövlət qurumunun saytı “gov.az” domeninə köçürülüb

22

Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyi və Dövlət İmtahan Mərkəzinin saytları “gov.az” zonasına köçürülüb.

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin yaydığı məlumata görə, Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyi və Dövlət İmtahan Mərkəzinin elektron informasiya resursları yeni “nagro.gov.az” və “ndim.gov.az” domen adları ilə “AzStateNet” şəbəkəsinə köçürülüb.

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti tərəfindən Naxçıvan Muxtar Respublikasında dövlət orqanlarının internet səhifələrinin “gov.az” zonasında qeydiyyatdan keçirilməsi və təhlükəsizliyinin gücləndirilməsi ilə bağlı müvafiq tədbirlər davam etdirilir.