Emin Hüseynov Tehrandakı səfirliyimizə qarşı reallaşdırılan terror aktını qınayıb – FOTO | DEFAKTO.AZ Emin Hüseynov Tehrandakı səfirliyimizə qarşı reallaşdırılan terror aktını qınayıb – FOTO – DEFAKTO.AZ

Emin Hüseynov Tehrandakı səfirliyimizə qarşı reallaşdırılan terror aktını qınayıb – FOTO

22

“Tehrandakı səfirliyimizə qarşı həyata keçirilən terror aktını şiddətlə qınayırıq”.

Bu barədə Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov özünün “Twitter” hesabında yazıb.

“Terror aktında qəhrəmancasına həlak olmuş baş leytenant Orxan Əsgərova Allahdan rəhmət, ailəsinə səbir diləyirik”, – deyə o əlavə edib.

Xatırladaq ki, yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 08:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyinə silahlı hücum olub. Terroru törədən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı hücumun qarşısını alarkən yaralanıblar. Yaralıların vəziyyəti qənaətbəxşdir. Terroru törətmiş şəxs saxlanılıb.