Mundialdan sonra “böyük beşliy”in ən məhsuldar futbolçuları | DEFAKTO.AZ Mundialdan sonra “böyük beşliy”in ən məhsuldar futbolçuları – DEFAKTO.AZ

Mundialdan sonra “böyük beşliy”in ən məhsuldar futbolçuları

11

Ötən ilin noyabr-dekabr aylarında Qətərdə keçirilən futbol üzrə dünya çempionatından sonra Avropanın “böyük beşlik” ölkələrinin ən məhsuldar oyunçuları müəyyənləşib.

“DEFAKTO.az”un məlumatına görə, araşdırma zamanı futbolçuların daxili çempionat və ölkə kubokundakı göstəriciləri nəzərə alınıb.

Siyahıya İngiltərənin “Mançester Yunayted” klubunun hücumçusu Markus Reşford başçılıq edir. İngiltərə millisinin 26 yaşlı forvardı DÇ-2022-dən sonrakı 10 rəsmi qarşılaşmada rəqib qapılarına 10 dəfə yol tapıb. İkinci pillədə Mançester şəhərinin digər təmsilçisi “Siti”nin hücumçusu Erlinq Holand qərarlaşıb. Norveçli səkkiz görüşdə səkkiz qol vurub.

Fransa millisinin üzvləri Kilian Mbappe və Kərim Benzema hərəyə yeddi dəfə fərqləniblər. Lakin Mbappe həmyerlisinə nisbətən daha az oyunda bunu bacarıb.

1. Markus Reşford (“Mançester Yunayted”) – 10 oyun/10 qol;

2. Erlinq Holan (“Mançester Siti”) – 8/8, Kilian Mbappe (PSJ) – 5/7;

4. Kərim Benzema (“Real”) – 7/7;

5-6. Vissam Ben Yedder (“Monako”) – 4/6;

5-6. Ademola Lukman (“Atalanta”) – 4/6;

7. Eddi Nketia (“Arsenal”) – 6/6;

8. Riyad Marez (“Mançester Siti”) – 8/6.