KOBİA yanında İctimai Şuranın üzvləri “Bakı KOB evi”ndə olublar – FOTO | DEFAKTO.AZ KOBİA yanında İctimai Şuranın üzvləri “Bakı KOB evi”ndə olublar – FOTO – DEFAKTO.AZ

KOBİA yanında İctimai Şuranın üzvləri “Bakı KOB evi”ndə olublar – FOTO

22

Sıralarında 15 vətəndaş cəmiyyəti institutunu və biznes assosiasiyalarını birləşdirən Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) yanında İctimai Şuranın üzvləri “Bakı KOB evi”nin fəaliyyəti ilə tanış olublar.

DEFAKTO.az xəbər verir ki, bu barədə KOBİA məlumat yayıb.

KOB evinin fəaliyyəti ilə tanışlıq zamanı İctimai Şura üzvlərinə məlumat verilib ki, burada sahibkarlara 50-yə yaxın dövlət və özəl qurum tərəfindən 250-dən çox xidmət göstərilir. KOB evində sahibkarlara “G2B” və “B2B” xidmətlər göstərilməklə yanaşı, Startap İnkişaf Mərkəzi, mediasiya məkanı və təlim otaqları fəaliyyət göstərir. Dövlət qurumları və özəl şirkətlər tərəfindən sahibkarlara göstərilən xidmətlərin vahid məkanda toplanması biznes subyektlərinin vaxtına və xərclərinə qənaət etməyə imkan verir.

KOBİA yanında İctimai Şurada təmsil olunan biznes assosiasiyalarının rəhbərləri “Bakı KOB evi” barədə assosiasiya üzvlərinin məlumatlandırılacağını, KOB evinin xidmətlərindən fəal istifadə edəcəklərini vurğulayıblar.

Sonra KOBİA yanında İctimai Şuranın üzvləri üçün KOBİA-nın yerlərdə sahibkarlara dəstək və xidmət göstərən KOB dostu şəbəkəsinin fəaliyyətinə və 2022-ci ildəki fəaliyyətinə dair təqdimat keçirilib.