Şəmkirdəki qəzada türkiyəli sürücü xəsarət aldı – FOTO | DEFAKTO.AZ Şəmkirdəki qəzada türkiyəli sürücü xəsarət aldı – FOTO – DEFAKTO.AZ

Şəmkirdəki qəzada türkiyəli sürücü xəsarət aldı – FOTO

26

Şəmkirdə yol-nəqliyyat hadisəsi baş verib.

DEFAKTO.az-nın məlumatına görə, hadisə Bakı-Qazax magistralında yolun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Hərəkətdə olan qoşqulu yük avtomobilinin sürücüsü idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq aşıb. Qəza zamanı sürücü – Türkiyə vətəndaşı, 1961-ci il təvəllüdlü Ali Mendi Zayiroğlu xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.