Bakıda kişi mübahisə zamanı bıçaqlandı | DEFAKTO.AZ Bakıda kişi mübahisə zamanı bıçaqlandı – DEFAKTO.AZ

Bakıda kişi mübahisə zamanı bıçaqlandı

28

Bakının Xəzər rayonunda bıçaqlanma hadisəsi baş verib.

DEFAKTO.az xəbər verir ki, hadisə Binə qəsəbəsində qeydə alınıb.

Sovxoz adlanan ərazidə 1972-ci il təvəllüdlü İbadov Valeh Nuri oğlu tanımadığı şəxslə mübahisə zamanı bıçaqlanıb.

Yaralı qarnın ön səthinin kəsilmiş-deşilmiş xəsarətləri ilə Sabunçu Tibb Mərkəzinə yerləşdirilib.

Faktı Xəzər Rayon Polis İdarəsinin əməkdaşları araşdırır.