Ukrayna Olimpiya Oyunlarını boykot edə bilər – FOTO | DEFAKTO.AZ Ukrayna Olimpiya Oyunlarını boykot edə bilər – FOTO – DEFAKTO.AZ

Ukrayna Olimpiya Oyunlarını boykot edə bilər – FOTO

21

Ukrayna Milli Olimpiya Komitəsinin (MOK) rəhbəri Vadim Qutsayt Olimpiya Oyunlarını boykot edə biləcəklərini açıqlayıb.

Belə ki, Beynəlxalq Olimpiya Komitəsi (BOK) rusiyalı və belaruslu idmançıların müəyyən qaydalara riayət etməklə neytral statusda turnirdə çıxış etmə imkanlarının araşdırılacağını bildirib.

Qutsayt sosial şəbəkələrdə buna etiraz edib və Ukraynanın hərbi əməliyyatlar bitənədək məsələyə qarşı çıxacağını vurğulayıb.

“Hazırda sanksiyaların uzadılması, rusiyalı və belaruslu idmançıların beynəlxalq yarışlarda iştirakının qarşısını almaq üçün növbəti mümkün addımlar və prioritet tədbirlər üzərində iş aparılır. Əgər səsimiz eşidilməzsə, boykot edib Olimpiya Oyunlarında iştirakdan imtina edəcəyimizi istisna etmirəm”, – o yazıb.

Qeyd edək ki, növbəti Olimpiada 2024-cü ildə Parisdə keçiriləcək.