Ucarda təcili yardım maşını aşıb, xəsarət alanlar var – FOTO | DEFAKTO.AZ Ucarda təcili yardım maşını aşıb, xəsarət alanlar var – FOTO – DEFAKTO.AZ

Ucarda təcili yardım maşını aşıb, xəsarət alanlar var – FOTO

28

Ucarda təcili tibbi yardım avtomobilinin iştirakı ilə yol qəzası baş verib.

DEFAKTO.az-nın xəbərinə görə, hadisə bu gün rayon ərazisində qeydə alınıb.

Ucar Mərkəzi Rayon Xəstəxanasına məxsus təcili tibbi yardım avtomobili ilə VAZ-21011 markalı minik avtomobili toqquşub. Bundan sonra təcili yardım maşını aşıb.

Qəza nəticəsində 5 nəfər xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.