“Azərbaycan İnvestisiya Şirkəti” və “Star Mining” birgə müəssisə yaradıb – FOTO | DEFAKTO.AZ “Azərbaycan İnvestisiya Şirkəti” və “Star Mining” birgə müəssisə yaradıb – FOTO – DEFAKTO.AZ

“Azərbaycan İnvestisiya Şirkəti” və “Star Mining” birgə müəssisə yaradıb – FOTO

23

İqtisadiyyat Nazirliyinə məxsus “Azərbaycan İnvestisiya Şirkəti” ASC işğaldan azad edilmiş ərazilərdə reallaşdırılacaq “Şahbulaq daş karxanası” layihəsinə dair müsabiqənin qalibi “Star Mining” MMC ilə birgə “Shahbulag Mining” MMC-ni təsis edib.

Bu barədə nazir Mikayıl Cabbarov özünün “Twitter” hesabında paylaşım edib.

“Hazırda Ağdam rayonunda yerləşən Şahbulaq yatağının ehtiyatının dəqiqləşdirilməsi məqsədi ilə geoloji tədqiqat işləri aparılır”, – deyə o qeyd edib.

Nazirlik yanında Dövlət Vergi Xidməti “Shahbulag Mining”i ötən il dekabrın 2-də dövlət qeydiyyatına alıb. Onun hüquqi ünvanı Bakı şəhəri, Yasamal rayonu, General İzzət Həmidov küçəsi, 31, məhəllə 3 161, nizamnamə kapitalı 10 min manat, qanuni təmsilçisi isə Rüstəm Ağalı oğlu Muxtarovdur.