Lebron Ceyms ABŞ-də yeni rekorda imza atıb | DEFAKTO.AZ Lebron Ceyms ABŞ-də yeni rekorda imza atıb – DEFAKTO.AZ

Lebron Ceyms ABŞ-də yeni rekorda imza atıb

24

ABŞ-nin “Los-Anceles Leykers” klubunun basketbolçusu Lebron Ceyms Milli Basketbol Assosiasiyasının (MBA) tarixinə düşüb.

“DEFAKTO.az”un məlumatına görə, 39 yaşlı idmançı buna “Los-Anceles Klippers”ə 115:133 hesabı ilə uduzduqları oyunda yiyələnib.

Ceyms bu qarşılaşmada 46 xal toplayıb.

Beləliklə, təcrübəli basketbolçu MBA komandalarının hamısına qarşı matçlarda ən azı 40 xal toplayan ilk oyunçu olub.