Bakıda iki nəfəri avtomobil vurub | DEFAKTO.AZ Bakıda iki nəfəri avtomobil vurub – DEFAKTO.AZ

Bakıda iki nəfəri avtomobil vurub

18

Bakının Nərimanov rayonunda baş verən yol-nəqliyyat hadisəsi iki nəfərin xəsarət alması ilə nəticələnib.

DEFAKTO.az xəbər verir ki, qəza Fətəli Xan Xoyski prospektində baş verib.

1990-cı il təvəllüdlü Ələkbərov Ariz Əziz oğlu və 1969-cu il təvəllüdlü Hacıməmmədova Yelena yolu keçərkən onların hər ikisini avtomobil vurub. Yaralılar ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Faktı Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları araşdırır.