Britaniya taxt-tacı “Twitter”i məhkəməyə verdi | DEFAKTO.AZ Britaniya taxt-tacı “Twitter”i məhkəməyə verdi – DEFAKTO.AZ

Britaniya taxt-tacı “Twitter”i məhkəməyə verdi

5

Britaniya taxt-tacının əmlakını idarə edən “The Crown Estate” şirkəti Londonun mərkəzində kral ailəsinə məxsus olan binalardan birində ofislərin icarə haqqının ödənilməməsinə görə “Twitter”i məhkəməyə verib.

Söhbət Vest Enddə, Pikadilli meydanı yaxınlığında yerləşən ofis məkanından gedir.

Şirkət borcun məbləğini açıqlamaqdan imtina edib. Lakin ötən həftə London Ali Məhkəməsində “Twitter”ə qarşı iddia qaldırma qərarının sosial şəbəkə rəhbərliyi ilə danışıqlara cəhddən sonra verildiyi vurğulanıb.

O da qeyd olunur ki, məhkəmə prosesi başlansa da, iki tərəf arasında danışıqlar davam edir.

Xatırladaq ki, “The Crown Estate” Britaniya kral ailəsinin 19,2 milyard dollarlıq əmlakını idarə edir. Bu əmlaklar arasında yaşayış binaları, Londonun mərkəzində lüks ofis sahəsi, mağazalar, külək stansiyaları və hətta dəniz sahələri də var.

Mənbə: lenta.ru