Vaşinqtonda atışma: Ölənlər var – FOTO | DEFAKTO.AZ Vaşinqtonda atışma: Ölənlər var – FOTO – DEFAKTO.AZ

Vaşinqtonda atışma: Ölənlər var – FOTO

5

Vaşinqton ştatının Yakima şəhərində mağazada baş verən atışma nəticəsində azı 3 nəfər ölüb.

Bu barədə çərşənbə axşamı şəhərin polis idarəsinin nümayəndəsi məlumat verib.

Hüquq-mühafizə orqanlarının əməkdaşlarının sözlərinə görə, naməlum şəxs Yakima şəhərində yerləşən “Circle K” mağazasına daxil olaraq atəş açıb, bundan sonra o, yolu keçərək içərisində sərnişin olan avtomobili qaçırıb.

Hadisəni törədən şəxs qaça bilib.

Əraziyə gələn polis aldığı xəsarətlərdən yerindəcə ölən 3 nəfərin meyitini aşkar edib. Hüquq-mühafizə orqanları cinayətkarın oğurladığı avtomobilin sərnişininin də öldürülə biləcəyini istisna etmirlər.

Mənbə: TASS