Abşeronda avtomobil doqquz yaşlı uşağı vurdu | DEFAKTO.AZ Abşeronda avtomobil doqquz yaşlı uşağı vurdu – DEFAKTO.AZ

Abşeronda avtomobil doqquz yaşlı uşağı vurdu

23

Abşeron rayonunda azyaşlının xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“DEFAKTO.az”un məlumatına görə, avtomobil yolu keçən 2014-cü il təvəllüdlü Məmmədli Əli Asim oğlunu vurub.

Yaralı hadisəni törədən sürücü tərəfindən xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sol qasıq sümüyünün sınığı diaqnozu qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.