Ordubadda Yusif Məmmədəliyevin abidəsinin mərmər üzlüyü söküldü | DEFAKTO.AZ Ordubadda Yusif Məmmədəliyevin abidəsinin mərmər üzlüyü söküldü – DEFAKTO.AZ

Ordubadda Yusif Məmmədəliyevin abidəsinin mərmər üzlüyü söküldü

7

Naxçıvan Muxtar Respublikasının Ordubad şəhərində akademik Yusif Məmmədəliyevin abidəsinin postamentinin qara mərmərdən olan üzlüyü sökülüb.

“DEFAKTO.az” xəbər verir ki, qiymətli daşlar vəzifəli şəxsin göstərişi ilə heç bir səbəb olmadan sökülərək aparılıb, postamentə beton üzlük çəkilib.

Qeyd edək ki, 1975-ci ildə Yusif Məmmədəliyevin Ordubad şəhərində ev muzeyi yaradılıb.