“Sumqayıt” növbəti transferini gerçəkləşdirdi | DEFAKTO.AZ “Sumqayıt” növbəti transferini gerçəkləşdirdi – DEFAKTO.AZ

“Sumqayıt” növbəti transferini gerçəkləşdirdi

27

Qış fasiləsində heyətini Dieqo Karioka və Masaki Murata ilə gücləndirən “Sumqayıt” daha bir futbolçunun keçidini gerçəkləşdirib.

Klubdan verilən məlumata görə, “gənclik şəhəri” təmsilçisi son olaraq İsrail “Bney Yehuda”sında çıxış edən qanalı hücumçu Karim Abubakarla 5 ay + 1 il şərti ilə müqavilə imzalayıb.

28 yaşlı forvard “Sumqayıt”ın heyətində 9 nömrəli formanı geyinəcək.

Qeyd edək ki, Karim Abubakar karyerası ərzində ölkəsinin “Medeama”, İspaniyanın “Leqanes”, “Alkorkon”, “Valdivia”, “Don Benito”, “Algesiras”, “Yeklano Deportivo” və İsrailin “Hapoel Akre” klublarının uğurları üçün çalışıb.