Ukrayna çempionatının bombardiri Azərbaycan klubunda | DEFAKTO.AZ Ukrayna çempionatının bombardiri Azərbaycan klubunda – DEFAKTO.AZ

Ukrayna çempionatının bombardiri Azərbaycan klubunda

33

“Zirə” ilk transferini reallaşdırıb. 

Sports.az xəbər verir ki, Kiyev “Dinamo”sunun forvardı Vladislav Kulac paytaxt klubuna transfer olunub. 

Futbolçu ilə 1,5 illik müqavilə imzalanıb. 

Poltava “Vorskla”sının heyətində 2020/21 mövsümündə Ukrayna çempionatının bombardiri olmuş oyunçunun son klubu Kiyev “Dinamo”su idi. 

Donetsk futbolunun yetirməsi karyerasına “Şaxtyor”da başlayıb, ölkəsində bir neçə komandada çıxış edib.

Macarıstanın “Honved” və Türkiyənin “Eskişehirspor” klublarında legioner həyatı yaşayıb, Ukraynanın aşağı yaş millilərinin şərəfini qoruyub. 

Kulac bu axşam Bakıya gəlir. “Zirə” tezliklə onun transferini rəsmi açıqlayacaq.