Tovuzda 59 yaşlı kişini avtomobil vuraraq öldürdü | DEFAKTO.AZ Tovuzda 59 yaşlı kişini avtomobil vuraraq öldürdü – DEFAKTO.AZ

Tovuzda 59 yaşlı kişini avtomobil vuraraq öldürdü

17

Tovuzda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

DEFAKTO.az-nın məlumatına görə, hadisə rayonun Bakı-Qazax magistral yolunun Qovlar şəhərindən keçən hissəsində qeydə alınıb.

Hərəkətdə olan VAZ-2107 markalı avtomobil yolu qarşı tərəfə keçmək istəyən 1964-ci il təvəllüdlü Zülfüqar Məmmədovu vurub.

Piyada hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.