Qusarda əməliyyat zamanı iki nəfər saxlanılıb | DEFAKTO.AZ Qusarda əməliyyat zamanı iki nəfər saxlanılıb – DEFAKTO.AZ

Qusarda əməliyyat zamanı iki nəfər saxlanılıb

27

Qusar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib.

Bu barədə DEFAKTO.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Quba regional qrupundan məlumat verilib.

Məlumata görə, keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin istifadəsi, əldə edilməsi, saxlanılması və daşınmasında şübhəli bilinən rayon sakinləri Elxan Şixzadayev və Elşad Camalov saxlanılıblar. Həmin şəxslərin üzərinə və yaşadıqları evə baxış keçirilən zaman  yarım kiloqrama yaxın narkotik vasitə olan marixuana aşkar olunaraq götürülüb.

Faktlarla bağlı Qusar RPŞ-də cinayət işi başlanılıb.