Tunisdə polisləri təhqir edən müxalifət liderinə hökm oxundu | DEFAKTO.AZ Tunisdə polisləri təhqir edən müxalifət liderinə hökm oxundu – DEFAKTO.AZ

Tunisdə polisləri təhqir edən müxalifət liderinə hökm oxundu

31

Tunis parlamentinin keçmiş üzvü, müxalif “Əl-Kərəmə” partiyasının lideri Seyfəddin Maxluf hərbi tribunal tərəfindən 14 ay həbs cəzasına məhkum edilib.

Məhkəmənin gəldiyi qərara görə, müxalif siyasətçi 2021-ci ilin martında Tunis-Karfagen Beynəlxalq Hava Limanında polisləri təhqir edib.

Hazırkı prezident Qeys Səidin əleyhdarı olan siyasətçi bir qrup təhlükəsizlik qüvvələri tərəfindən öz mənzilində həbs edilmişdi.

Seyfəddin Maxluf 2022-ci ildə deputat toxunulmazlığından məhrum edilib.

Tunisdə fəaliyyət göstərən bir çox müxalifət nümayəndələri kimi o, dövlət başçısını hakimiyyəti qəsb etməkdə və diktatura rejimi yaratmağa çalışmaqda ittiham edir.

Mənbə: Mosaique FM