“Khalisi” “Əjdaha evi”nə baxmaqdan imtina edir – FOTO | DEFAKTO.AZ “Khalisi” “Əjdaha evi”nə baxmaqdan imtina edir – FOTO – DEFAKTO.AZ

“Khalisi” “Əjdaha evi”nə baxmaqdan imtina edir – FOTO

35

“Taxt-tac oyunları”nda Deneris Tarqarien (“Khalisi”) rolunu canlandıran Emiliya Klark filmin prikveli olan “Əjdaha evi”nə baxmaqdan imtina edib.

Bu barədə aktrisanın özü etiraf edib.

Serialın ulduzu ona tanış olan, lakin tamamilə fərqli obrazların iştirak etdiyi kino aləmində keçən hadisələrə baxmağa özünü məcbur edə bilmədiyini deyib.

“Bilmirəm, buna görə məni bağışlaya biləcəksinizmi, amma seriala baxmamışam və açığı, bunu da planlaşdırmıram. Hətta bu barədə düşünəndə qəribə oluram. Sanki məzunların məktəb ildönümünə getmək qərarına gəlmisiniz və birdən başqa məktəbdə oxuduğunuzu başa düşürsünüz”, – deyə Klark zarafatla mövqeyini şərh edib.

Eyni zamanda, Klark Corc serialın tənqidçilər və pərəstişkarlar tərəfindən yüksək qiymətləndirilməsindən çox sevindiyini də qeyd edib.

Mənbə: Variety