Prezident İlham Əliyev Abşeron yarımadasında kənd təsərrüfatına yararlı torpaqların suvarılma vəziyyətinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.
Bununla bağlı DEFAKTO.az məlumat yayıb.
Sərəncama əsasən, “Abşeron yarımadasında kənd təsərrüfatına yararlı torpaqların suvarılma vəziyyətinin yaxşılaşdırılması məqsədilə Abşeron magistral kanalında yenidənqurma işlərinin aparılması və kanalın suburaxma qabiliyyətinin artırılması” layihəsi üzrə nəzərdə tutulan işlərin başa çatdırılması üçün “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.8.21-ci yarımbəndində göstərilmiş məbləğin 8,5 milyon manatı Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə ayrılıb.
Gündəm
İlham Əliyev Abşerona 8,5 milyon manat ayırdı – SƏRƏNCAM
By DEFAKTOİyl 08, 2020, 16:00 axşam
399
Previous PostMəktəb seçiminə başlanılıb
Next PostQənirə Paşayeva Prezidentin yerli TV-lərə müsahibəsində işğalçı Ermənistanla bağlı toxunduğu mühüm məqamlardan yazdı