“Heç bir səhiyyə sistemi limitsiz deyil və bu həcmdə yoluxmaları idarə edə bilmir”.
Defakto.az xəbər verir ki, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Azərbaycan Prezidentinin İqtisadi məsələlər üzrə köməkçisi Şahmar Mövsümov bildirib.
Onun sözlərinə görə, daim xəstəxanalarla da əlaqə saxlanılır:
“Həkimlərimiz gərgin şəraitdə fəaliyyət göstərirlər. Onlar, həqiqətən, cəbhədədir və biz onlara yardım etməliyik”.
O qeyd edib ki, sistemin bu qədər yoluxmanın qarşısında durmamasının nəticələrini hamı görür:
“Təcili yardım gecikir, dərman çatışmazlığı ola bilər və sosial şəbəkələrdə narazılıq ifadə edirlər. Bu, hər hansı insanın səhvindən irəli gəlir. Bizim sistemimiz gərgin iş altında çalışır”.
“Vətən Müharibəsində hər kəs birləşərək necə çalışırdısa, indi də birləşməliyik və bu xəstəliyə qalib gəlməliyik”, – deyə o qeyd eidb.