Azərbaycan Ordusuna Yardım Fondunun vəsaitlərinin istifadə istiqamətləri açıqlandı | DEFAKTO.AZ Azərbaycan Ordusuna Yardım Fondunun vəsaitlərinin istifadə istiqamətləri açıqlandı – DEFAKTO.AZ

Azərbaycan Ordusuna Yardım Fondunun vəsaitlərinin istifadə istiqamətləri açıqlandı

96

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Azərbaycan Ordusuna Yardım Fondunun yaradılması Fərman imzalayıb. 

Fərmanla Fondun vəsaitindən istifadə istiqamətləri açıqlanıb. Bildirilir ki, Fondun vəsaiti Azərbaycan Ordusunun maddi-texniki bazasının inkişaf etdirilməsi, hərbi texnika, silah və sursatın alınması, hərbi təyinatlı məmulatların hazırlanması, sınaqdan keçirilməsi, istehsalı, təmiri və modernləşdirilməsi, hərbi elmi tədqiqat və təcrübə-konstruktor işlərinin aparılmasının təşkili,  hərbi qulluqçuların sosial və məişət problemlərinin həll edilməsi, peşəkar hərbi kadrların hazırlanması və onların əlavə təhsili üçün istifadə edilir. 

Fondun vəsaitindən bu Əsasnamədə nəzərdə tutulmayan məqsədlər üçün istifadə edilə bilməz.

Fondun vəsaiti fiziki və hüquqi şəxslərin könüllü ianələri və qanunla qadağan olunmayan digər mənbələr hesabına formalaşır.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir