Belarusda parlamentin səlahiyyət müddəti artırıldı | DEFAKTO.AZ Belarusda parlamentin səlahiyyət müddəti artırıldı – DEFAKTO.AZ

Belarusda parlamentin səlahiyyət müddəti artırıldı

34

Belarus Milli Məclisi Respublika Şurasının üzvləri çərşənbə günü parlamentarilərin səlahiyyət müddətinin beş ilədək artırılmasını nəzərdə tutan qanun layihəsini təsdiqləyiblər.

“Belarus Respublikasının Milli Məclisi haqqında” qanuna dəyişiklik edən sənəd parlament üzvlərinin səlahiyyət müddətinin dörd ildən beş ilədək artırılmasını və deputatların bir səsvermə günü ərzində seçilməsini nəzərdə tutur.

Sənəddə bildirilir ki, Ümumbelarus Xalq Assambleyasının Belarus prezidentinin vəzifədən kənarlaşdırılması barədə qərar qəbul etdiyi dövrdə və parlamentin səlahiyyətlərinin son ilində parlamentin hər iki palatası buraxıla bilməz.

Milli Məclisin palataları buraxıldıqda müvafiq palatanın yeni seçilmiş tərkibi öz səlahiyyətlərinin icrasına başlayana qədər parlamentin köhnə tərkibi səlahiyyətlərini həyata keçirəcək.

Mənbə: TASS