Gənc həkim Pərvin Hüseynlinin Defakto.az eksklüziv müsahibəsi
-Necə ildi həkim kimi fəaliyyət göstərirsiniz?
- Dördüncü kursda oxuyarkən Tofiq Hüseynovun köməkliyi sayəsində işləməyə başladim. Son üç ildə tam mütəxəssis kimi çalışıram.
- Bilirik ki, atanızda həkimidi. Sizin başqa sənəti secməməkdə, həkim olmağınızdan bunun təsiri olubmu?
- Bəli atam da həkim mən atamın xələfiyəm ancaq özüm sevərək seçmişəm bu peşəni. İnsanlara yardım etdikdən sonra üzlərində gördüyüm o təbəssüm məni daha çox bağlayır peşəmə.
-Xəstərinizin hamısı ile anlasa bilirsinizmi? problemli xəstələriniz olubmu heç?
-Hələki elə bir xəstəm olmayıb. Sağ olsunlar hörmətlə yanaşırlar.
-Bildiyim qədər bölgələrdə də xəstələriniz var. Bu bölgədə estetik cərrah ilk siz olmusunuz. Necə qarşılayırlar sizi?
Bəli bu bölgədə rinoplastika əməliyyatı edən ilk mən olmuşam. Münasibət çox yaxşıdi.
-Bundan sonrakı illərdə planlarınız nədir?
- Bir mütəxəssis kimi xalqıma daha çox xidmət etməkdir.